OGAE Azerbaijan

Blas Kanto İspaniya üçün ‘Mən qalacağam’ söyləyəcək 🇪🇸

2020-ci ildə olduğu kimi, bu il də İspaniya seçimini Blas Kantodan yana etdi. TVE Destino Eurovisión 2021 adlanan milli final keçirdi. Xüsusi Qala gecəsi 20 Fevralda təşkil olundu. Mahnı necə seçildi? Blas Kantoya 10 mahnı təqdim olunur. Blas Kanto komandası ilə birlikdə TVE üzvləri, Warner Music Spain iştirakı ilə komitə təşkil edir və bu komitə 10 …

Rotterdam 2021-də Norveçi TİX təmsil edəcək 🇳🇴

Fevralın 20-si Avroviziya təmsilçisini seçən ölkələrdən biri də Norveç oldu. Norveçi 2020-ci ildə Ulrikke Brandstorp ‘Attention/Diqqət‘ mahnısı ilə təmsil edəcəkdi, amma pandemiyaya görə Avroviziya 2020 baş tutmadı. Norveç ictimai televiziyası Ulrikkeni Melodi Grand Prix (MGP) 2021-ə dəvət etsə də, müğənni yaxşı mahnısı olmadığı üçün bu ilki seçimlərdən imtina etdi. Bu il müsabiqədə 26 mahnı çıxış …

Finlandiya: Blind Channel öz ‘Qaranlıq tərəf’-ini göstərərək qalib gəldi 🇫🇮

Fevralın 20-si Finlandiya Avroviziya 2021 üçün milli seçimini etdi. Keçən il, Aksel finlərin ürəyini fəth edərək ölkəni Rotterdamda təmsil etmə hüququ almışdı, lakin pandemiya səbəbi ilə Avroviziya 2020 baş tutmadı və bunun nəticəsində Finlandiya Avroviziya 2021-ci il üçün yeni seçimlər tətbiq etdi. Mahnı seçimləri Sentyabr ayında 8 ekspert jüri tərəfindən aparılaraq 278 mahnı arasından 7 …

Benni Kristo Çex Respublikası üçün ‘Aman Tanrım’ deyəcək 🇨🇿

Keçən il Benni Kristo Çex Respublikasını təmsil etmək üçün Avroviziyaya -Rotterdam 2020-yə seçildi, lakin pandemiyaya görə Avroviziya 2020 ləğv edildi. Bu il Çex Respublikası yenidən ümidini Benni Kristoya bağladı və o ölkəni Avroviziya 2021-də təmsil edəcək. Benni Kristo bugün Avroviziya 2021 üçün yeni mahnısı olan omaga-nı təqdim etdi. Mahnı hərəkətli olub, aşiqin sevdiyi qıza sevgisindən …

Litva yenidən The Roop’u seçdi 🇱🇹

Keçən il Avroviziyada Litvanı The Roop – On Fire (Alovda) mahnısı ilə təmsil edəcəkdi. Mahnı bookmaker-lər üçün potensial qalib ola biləcək mahnılardan sayılırdı. Avroviziyanın ləğv edilməsi The Roop qrupunun 2021-ci ildə ölkəni avtomatik olaraq təmsil etməsini sual altında qoydu. Belə ki, Litva ictimai televiziyası LRT yeni milli seçimlər (Pabandom iš Naujo! 2021/Yenidən cəhd edək!2021) təşkil …

Go_A Avroviziyada səs-küy salacaq 🇺🇦

Keçən il Avroviziya baş tutmadığı üçün, bir çox ölkə öz təmsilçisini bu il yenidən iştiraka dəvət etdi. Ukrayna da ölkəni təmsil etmək üçün Go_A qrupu ilə öz yollarına davam etdi. Bu il Ukrayna mahnısını mütəxəssis jüri seçimi ilə seçdi. Jürini təşkil edənlər bunlar idi: Camala – müğənni, 2016-cı il Ukrayna təmsilçisi və qalibiYevhen Filatov – produser, Manaken …

Əfəndi üçün 6 mahnı seçildi 🇦🇿

Azərbaycan İctimai Televiziya və Radio Şirkəti (İctimai TV) “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb. Belə ki, müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikovun bildirdiyinə görə, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunmuşdur. İsa Məlikov seçim haqqında bunları deyir: Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün onaların hər birini bir …

Voila! Barbara Pravi Fransanın seçimidir 🇫🇷

Dünən keçirilən Fransa Avroviziya milli seçimi (Eurovision France, c’est vous qui décidez) jüri və fanların birgə səsi nəticəsində Barbara Pravidə qərar tutdu. Barbara Pravi ölkəsini ‘Voila‘ mahnısı ilə təmsil edəcək. 2020-ci il Fransa ictimai televiziyası Tom Leebi seçsə də, keçən il məlum səbəbə görə Avroviziya baş tutmadı. 2020-ci ilin iyun ayında seçimin yeni müğənni olması …

İsrail təmsilçisi Eden Alene ‘Məni azad et’ söyləyəcək 🇮🇱

Dünən, 25 Yanvar tarixində İsrail Eden Alene üçün Avroviziya mahnısını KAN televiziyasının yayımladığı HaShir Shelanu L’Eurovizion adlı verilişdə seçdi. Veriliş İsrailin Avroviziya 2019 aparıcılarından biri olan Lusi Ayub tərəfindən aparılıb. Verilişdə həmçinin 2021 Avroviziya müsabiqəsinin icraçı prodüseri Sietse Bakker-lə balaca müsahibə alınıb. Müsahibədə Bakker Rotterdamdakı vəziyyətdən (hansı ki, hal-hazırda pandemiyaya görə bağlıdır) və bu ilki …