Benni Kristo Çex Respublikası üçün ‘Aman Tanrım’ deyəcək 🇨🇿

Keçən il Benni Kristo Çex Respublikasını təmsil etmək üçün Avroviziyaya -Rotterdam 2020-yə seçildi, lakin pandemiyaya görə Avroviziya 2020 ləğv edildi. Bu il Çex Respublikası yenidən ümidini Benni Kristoya bağladı və o ölkəni Avroviziya 2021-də təmsil edəcək.

Benni Kristo bugün Avroviziya 2021 üçün yeni mahnısı olan omaga-nı təqdim etdi. Mahnı hərəkətli olub, aşiqin sevdiyi qıza sevgisindən və görüşmə istəyindən danışır. Maraqlısı odur ki, mahnıda hazırda yaşadığımız vəziyyət də bildirilir. Belə ki, mahnıda ‘evdə qalmaq’ sözləri işlədilir:

‘Sən evdə çox qaldın
Mən evdə çox qaldım, hə
Biz hər ikimiz sevgini hiss etməliyik, burada heç bir pis şey yoxdur’

Klip rejissoru Yan Straç klip haqqında bunları deyib:

Gülməli şəkildə bir neçə ikonik filmə istinad etmək bizim üçün çətin bir iş idi, amma Benninin məharətli aktyorluq və zarafat etmə bacarığı sayəsində biz bu işi asanlıqla bacardıq. O bu filmlərə hörmətlə və əyləncəli bir şəkildə yanaşdı.

omaga üçün Kristo produser Filip Viçeklə əməkdaşlıq etdi. Filip müğənni haqqında bunları qeyd etdi:

Bizim əməkdaşlığımız Bennini vokal cəhətdən yeni stil fəth etməyə kömək etdi, amma əməyimiz özünü göstərdi. Bu stil ona çox yaraşır.

Benni Kristo kimdir?

Benni Kristo kimi tanınan – Ben da Silva Cristóvão əslən Anqolalı olan Çex müğənnidir. Müğənnilikdən başqa o lirik yazıçı, idmançı və aktyor kimi qələmə verilir. Onun musiqi karyerası 2009-cu ildən başlayır, belə ki, Benni Kristo Çex Slovak SuperStar talant şousunun finalçılarından biri olub. Şouda iştirak təcrübəsi onu motivasiya edir və müğənni bundan ilhamlanaraq musiqi karyerasına başlayır.

Benni Kristo üç albom çıxarır. Albomların adı ‘Benny Cristo’, ‘Definitely Different/Konkret Fərqli’ və ‘Made in Czechoslovakia/Çexoslavakiyada istehsal olunub’-dur.

Müğənni yeni çıxan musiqi videosu – omaga haqqında bunları deyir:

Biz bir neçə fərqli, heyrətləndirici səhnələr çəkdik, buna görə də mən bilirdim ki, onlardan yalnız 10%-ni istifadə etsək belə yenə də əla, gülməli və əyləncəli bir şeylər çıxarda bilərik. Klip rejissoru Yan maraqlı ideyayla gəldi və bunu ən yaxşı şəkildə həyata keçirdiyimizə inanıram. Ümid edirəm, azarkeşlər videonu bəyənəcəklər, belə ki videonu hazırlamaq çox əyləncəli idi!

Siz mahnı haqqında nə düşünürsünüz? Sizcə Benni Kristo bu mahnı ilə finala keçə bilər?

 

No Comments

Add your comment