Litva yenidən The Roop’u seçdi 🇱🇹

Keçən il Avroviziyada Litvanı The Roop – On Fire (Alovda) mahnısı ilə təmsil edəcəkdi. Mahnı bookmaker-lər üçün potensial qalib ola biləcək mahnılardan sayılırdı. Avroviziyanın ləğv edilməsi The Roop qrupunun 2021-ci ildə ölkəni avtomatik olaraq təmsil etməsini sual altında qoydu. Belə ki, Litva ictimai televiziyası LRT yeni milli seçimlər (Pabandom iš Naujo! 2021/Yenidən cəhd edək!2021) təşkil etdi. Litva başqa ölkələrdən fərqli olaraq The Roop qrupunu avtomatik finala dəvət etdi. Onlar bu dəfə Discoteque/Diskoteka mahnısı ilə müsabiqəyə qatılaraq yenidən ölkəni təmsil etmək hüququna nail oldular.

Dekabr, 2020-ci ildə LRT müsabiqə üçün 23 mahnı seçdi. Mahnılar elan olunduqdan sonra, iki müğənni müsabiqədən imtina etdi. Geriyə 21 mahnı qaldı. İmtina etmiş müğənnilər arasında 2011-ci ildə Avroviziyada Litvanı təmsil etmiş Evelina Saşenko da var idi. Müğənni müsabiqədən imtinasını COVİD-19 ilə bağlı olduğunu qeyd edib:

Mən iştirak etmək təklifi alanda vəziyyət fərqli idi. Hal-hazırda vəziyyət çox qarışıqdır, hətta evdən çıxmaq belə asan deyil.

Mən Trakai-dan qıraqda bir yerdə yaşayıram, polis evin yanında dayanır, hətta mağazaya getdiyimizdə belə sənəd göstərməliyik. Mən başa düşdüm ki, belə vəziyyətdə – çəkilişlərə bir neçə həftə qalmış . müsabiqəyə yetəri qədər hazırlaşa bilməyəcəm. Əgər Avroviziyaya gedirsənsə, buna çox ciddi hazırlaşmalısan.

16 və 23 yanvar 20 mahnıdan 10 mahnı yarımfinala vəsiqə qazandı, ayın 30-u baş tutan yarımfinalda isə yalnızca beş mahnı seçilərək The Roop qrupuna finalda rəqib oldu.

Dünən baş tutan finalda The Roop qrupu böyük fərqlə rəqiblərini geridə qoyaraq xalqın ürəyini fəth edib. Belə ki, xalq səsverməsinə əsasən The Roop qrupu 74512 səs qazanıb. Bundan başqa Jüri heyəti də The Roop qrupuna maksimum səs verib.

Bəs siz nə düşünürsünüz? Sizcə Litva Avroviziyada The Roop ilə ilk qələbəsinə nail ola biləcək?

 

No Comments

Add your comment