Finlandiya: Blind Channel öz ‘Qaranlıq tərəf’-ini göstərərək qalib gəldi 🇫🇮

Fevralın 20-si Finlandiya Avroviziya 2021 üçün milli seçimini etdi. Keçən il, Aksel finlərin ürəyini fəth edərək ölkəni Rotterdamda təmsil etmə hüququ almışdı, lakin pandemiya səbəbi ilə Avroviziya 2020 baş tutmadı və bunun nəticəsində Finlandiya Avroviziya 2021-ci il üçün yeni seçimlər tətbiq etdi. Mahnı seçimləri Sentyabr ayında 8 ekspert jüri tərəfindən aparılaraq 278 mahnı arasından 7 mahnıya endirildi. Yanvar ayının 13-dən (14-22 Yanvar aralığında) başlayaraq müğənni və mahnılar izləyicilərə təqdim olundu. Qeyd edək ki, 7 finalçı arasında keçən ilin qalibi Aksel də yer alırdı. Akseldən əlavə olaraq, finalçılar arasında 2 xarici müğənni də iştirak edirdi. Bunlardan biri 90-cı illərin məşhur isveç müğənnisi Pandora, digəri isə Estoniyanı Avroviyada 2 dəfə təmsil etmiş Laura Pıldvere olmuşdur.

Uuden Musiikin Kilpailu 2021 (UMK) bu il 10-cu buraxılışını etdi. Şou Tampere şəhərindəki Mediapolis-də baş tutdu. Şounun aparıcılığını fin müğənni Antti Tuisku etdi. Şou izləyicilərə və dinləyicilərə həm TV, həm onlayn, həm də radio şəklində təqdim olunmuşdu.

Müğənni sırası belə idi:

  1. Teflon Brothers x Pandora – I love you/Mən səni sevirəm
  2. Aksel – Hurt/Zərər
  3. Laura – Play/Oyun
  4. Danny – Sinä päivänä kun kaikki rakastaa mua/Hamının məni sevdiyi gün
  5. Oskr – Lie/Yalan
  6. Blind Channel – Dark Side/Qaranlıq tərəf
  7. Ilta – Kelle mä soitan/Kimə zəng edim?

Seçim 7 beynəlxalq jüri (25%) və izləyicilərin (75%) səsi nəticəsində əldə edildi. Jüri ölkələri İslandiya, Hollandiya, Polşa, İspaniya, İsveçrə, Birləşmiş Krallıq və ABŞ oldu.

Blind Channel jüri və izləyicilərdən ən yüksək səs toplayaraq milli seçimin qalibi oldu. Blind Channel rokun ‘zorakı pop’ adlandırdıqları janrında çıxış edərək Avroviziya fanatları üçün Rotterdamda ‘Dark Side/Qaranlıq Tərəf’ göstərəcəklər.

Blind Channel ilə milli seçimdən qabaq intervyu etməyə nail olduq.

Qeyd edək ki, ölkə Avroviziyada ilk qalibiyyətini 2006-cı ildə Lordinin Hard Rock Halelujah mahnısı ilə almışdır. Sizcə Blind Channel ölkəyə ikinci qalibiyyəti gətirə bilər?

 

No Comments

Add your comment