Rotterdam 2021-də Norveçi TİX təmsil edəcək 🇳🇴

Fevralın 20-si Avroviziya təmsilçisini seçən ölkələrdən biri də Norveç oldu. Norveçi 2020-ci ildə Ulrikke Brandstorp ‘Attention/Diqqət‘ mahnısı ilə təmsil edəcəkdi, amma pandemiyaya görə Avroviziya 2020 baş tutmadı. Norveç ictimai televiziyası Ulrikkeni Melodi Grand Prix (MGP) 2021-ə dəvət etsə də, müğənni yaxşı mahnısı olmadığı üçün bu ilki seçimlərdən imtina etdi.

Bu il müsabiqədə 26 mahnı çıxış etdi. Bu MGP tarixində mahnı sayına görə ən yüksək göstərici idi. Müsabiqə 5 yarımfinaldan, ikinci şans – ‘Wild Card’ və finaldan ibarət idi. Müsabiqənin finalında 12 mahnı yer aldı: 6 mahnı birbaşa finala vəsiqə qazandı, qalan 6 mahnı isə hər həftə seçim aparılaraq finala vəsiqə qazandı. Bütün seçim şousu Fornebudakı H3 Arenada keçirilmişdir.

Final gecəsi Ulrikke də çıxış etdi. O izləyicilərə həm keçən ilki seçilmiş mahnısını, həm də yeni çıxmış ‘Falling Apart/Parçalanmaq’ mahnısını təqdim etdi.

Finalda səhnə sırası belə idi:

  1. Atle Pettersen – World on Fire/Dünya yanır
  2. Raylee – Hero/Qəhrəman
  3. Stavangerkameratene – Who I am/Mən kiməm
  4. KiiM – My lonely voice/Mənim yalnız səsim
  5. Blåsemafian feat. Hazel – Let Loose/Sərbəst burax
  6. Emmy – Witch Woods/İfritə meşəsi
  7. TIX – Fallen Angel/Göydən düşmüş mələk
  8. Kaja Rode – Feel Again/Yenidən hiss etmək
  9. Rein Alexander – Eyes Wide Open/Geniş açılmış gözlər
  10. Imerika – I Can’t Escape/Mən qurtula bilmirəm
  11. KEiiNO – Monument/Abidə
  12. Jorn – Faith Bloody Faith/İnam, qanlı inam

Seçim necə edildi?

İlk turda finalistlər çıxışlarını bitirdikdən sonra səsvermə keçirilir. Səsvermə nəticəsində yalnızca 4 iştirakçı qızıl finala keçir. Qızıl finala vəsiqə qazanan 4 iştirakçı Blåsemafian feat. Hazel, TİX, KEiiNO və Jorn oldu. Bundan sonra 5 dəqiqə ərzində ikinci səsverməyə start verilir. Səsvermə nəticəsində 2 iştirakçı seçilərək ‘qızıl duo’-ya vəsiqə qazanır. Hər iki iştirakçı qızıl duo-da mahnılarını yenidən təqdim edir və üçüncü səsvermə keçirilir. Nəticələr Norveçin 5 regionunun səsverməsi əsasında götürülür. Qızıl duo-nun qalibi 380.033 səslə rəqibini 98.990 səslə geridə qoyan TİX oldu.

Sizin necə Norveçin mahnısı xoşunuza gəldi? Yoxsa bir çox fanatlar kimi onun bu qalibiyyətindən narazı qaldınız?

 

No Comments

Add your comment