Albaniyanı Anjela Peristeri ‘Karma’ ilə təmsil edəcək 🇦🇱

Arilena Ara keçən il FİK 58-də qalib olub Albaniyanı Avroviziyada təmsil etmək hüququ qazansa da, Albaniya musiqi seçimi ənənəsindən dönməyərək bu il yeni seçimlər təşkil etməyi qərara aldı. Albaniya adətə uyğun olaraq Avroviziya mahnısını təqdim edən ilk ölkə oldu. Belə ki, FİK 59 yarışması (Festivali i Këngës) finalında 17 mahnını geridə qoyaraq Anjela Peristerinin ‘Karma’ ifası birinci yerə layiq görüldü.

Festival 3 gün ərzində (21, 22 və 23 Dekabr) keçirilmişdir. Festivalı Albaniya akstrisası Yonida Vokşi və aparıcı Blendi Salaj təqdim etdilər. Qeyd edək ki, COVİD-19 bu festivala da öz təsirini göstərmişdir. Belə ki, festival ilk dəfə olaraq simfonik orkestr müşayiəti olmadan aparılmışdır. Bundan əlavə 26 mahnı jüri (jüri arasında Albaniyanı Avroviziyada təmsil etmiş Eugent Buşpepa, Yonida Maliqi müğənnilər də var idi) tərəfindən seçilsə də, seçimlərdə yalnızca 25 mahnı iştirak edir, belə ki, müğənni Manyola Nallbani COVİD-19-dan əziyyət çəkdiyi üçün çəkilişlərdə iştirak etmir.

1-ci gün seçimlərində 25 müğənni öz mahnılarının studio versiyalarını təqdim edirlər. Bu seçimlərdə yalnızca 18 mahnı jüri tərəfindən seçilir. 2-ci yarım finalda iştirakçılar öz mahnılarını akustik şəkildə səsləndirdilər. İlk yarım finalda finala vəsiqə qazana bilməyən müğənnilər bunlar oldu: Enxhi Nasufi, Frank Koruni, Erik Loşi, Aqim Poşka, Stefan Marena, Fatos ŞabaniKlint Çollaku.

Finalda 18 mahnı arasında FİK-də əvvəllər iştirak etmiş iştirakçılardan da var idi. Bunların arasında Orgesa Zaimi və İnis Nezirini xüsusi qeyd etmək olar. Festivalın nəticəsi sonda belə oldu:

1-ci yer – Anjela Peristeri – Karma
2-ci yer – Sardi Struqay – Kam me t’ba me kajt / Səninlə getməliyəm
3-cü yer – Festina Meyzini – Kush je ti dashuri / Sən kimi sevirsən

Necə düşünürsünüz bu mahnı ilə Albaniya Rotterdamda qalib ola bilər?

 

No Comments

Add your comment