Dünən, 25 Yanvar tarixində İsrail Eden Alene üçün Avroviziya mahnısını KAN televiziyasının yayımladığı HaShir Shelanu L’Eurovizion adlı verilişdə seçdi. Veriliş İsrailin Avroviziya 2019 aparıcılarından biri olan Lusi Ayub tərəfindən aparılıb. Verilişdə həmçinin 2021 Avroviziya müsabiqəsinin icraçı prodüseri Sietse Bakker-lə balaca müsahibə alınıb. Müsahibədə Bakker Rotterdamdakı vəziyyətdən (hansı ki, hal-hazırda pandemiyaya görə bağlıdır) və bu ilki Avroviziya senarilərindən danışdı.
Azarkeşlər Eden Alenenin ‘Məni azad et’ mahnısında qərar tutdular və inanırlar ki, məhz bu mahnı Eden Aleneni qələbəyə aparacaq.
Qeyd edək ki, bu ilki seçim 2 mərhələdən ibarət idi. Birinci mərhələdə 9 mahnıdan yalnızca 3 mahnı: azarkeşlər tərəfindən ən çox səs toplamış 2 mahnı və jüri tərəfindən seçilmiş 1 mahnı müsabiqənin ikinci turuna keçmişdir. Dünənki finalda isə yalnızca azarkeşlərin səsi əsas götürülərək, heç bir jüri olmadan qalib mahnı seçilmişdir.
Verilişin formatı bu şəkildə idi. Hər bir mahnıdan öncə balaca Carpool Karaoke şəklində videolar təqdim edilir. Eden Alene maşında mahnıların bir hissəsini oxuyaraq mahnını ərsəyə gətirən bəstəkarlarının yanına gedir. Qeyd edək ki, videoda Eden Alene getdiyi bəstəkarları ilk dəfədir ki görür. Videoların birində 2019-cu ildə İsraildə qalib olan Dunkan Laurenslə əlaqə saxlanılır. Dunkan Edenə qalib olmaq üçün öz məsləhətlərini verir. Edenin mahnıları canlı ifa olmadan klip şəklində göstərilir. Edenin mahnı sırası isə bu şəkildə idi:
- La La Love (mahnı müəllifləri: Yosef Bach, Gal Malka & Gil Vine)
- Set me Free (mahnı müəllifləri: Noam Zlatin, Ido Netzer, Amir Mordechai & Ron Karmi)
- Ue La La (mahnı müəllifləri: Niv Cohen, Meital Patash-Cohen, Noy Aisen, Aline Cohen)
Məni azad et (Mahnının Azərbaycanca tərcüməsi, tərcümə etdi: Tural Abdulla)
Bax gör biz nə hala düşmüşük
Səni həyatımdan çıxartmaq uzun zaman aldı
Mən özümü çox güclü hiss edirəm
Məni azad et
Döyünən qəlbimi mükəmməl bir ahəngdə hiss et
Məni məyus etmə
Özümü həbsdəymiş kimi hiss edirəm
Səbəb axtarıram
Əlvida demək istəmirəm
Sabah olmayacaq kimi hiss edirəm
Hara getdiyimdən asılı olmayaraq
Əzizim mən ağlımı itirirəm
Başqa bir hekayə
Mənə narahat olmamağı
Və hər şeyin yaxşı olacağını de
Əvvəllər sənin xəzinən idim, indi isə həmişəlik gedirəm
Məncə zamanda geriləyirəm
Məni azad et
Döyünən qəlbimi mükəmməl bir ahəngdə hiss et
Məni məyus etmə
Oh, oh, oh, mən bunu tək başına edəcəyəm
Oh, oh, oh, yetəri qədər dəliliklə
Oh, oh, oh, mən bunu tək başına edəcəyəm
Oh, oh, oh, yetəri qədər dəliliklə
Həyat çox asanlaşıb
Bizi zövqsüz adlandırırdılar
Yatağımda cənnətdi, tənhayam
Tək və yalnızca sən
Salam, cəzasını çəkdiyimi bilirəm
Saat tıqqıldayır tik-tak
Hər şey çik-çak
Və nə edəcəyimi bilmirəm
Hamı deyir əzizim
Haydi, gəl bunu edək
Bir gün arzular gerçəkləşər
Məni azad et
Döyünən qəlbimi mükəmməl bir ahəngdə hiss et
Məni məyus etmə
Oh, oh, oh, mən bunu tək başına edəcəyəm
Oh, oh, oh, yetəri qədər dəliliklə
Oh, oh, oh, mən bunu tək başına edəcəyəm
Oh, oh, oh, yetəri qədər dəliliklə
Mən çox zəhmliyəm, gəl mənimlə vuruş
Biz nə üçün yaşayırıq? (Oh)
Mən sənin səbəbin, ədviyyatlı mövsümün
Əvvəl etdiyimiz kimi
Gəl səni göylərə qaldırmağa və yeri alovlamağıma izin ver
İyirmi, iyirmi bir dərəcə
Mənim döyünən qəlbimi hiss et və
Məni azad et
Məni azad et
Mənim qəlbimi mükəmməl bir ahəngdə hiss et
Məni məyus etmə
Məni azad et
Mənim qəlbimi mükəmməl bir ahəngdə hiss et
Məni məyus etmə
Sadəcə məni azad et
No Comments