OGAE Azerbaijan

Voila! Barbara Pravi Fransanın seçimidir 🇫🇷

Dünən keçirilən Fransa Avroviziya milli seçimi (Eurovision France, c’est vous qui décidez) jüri və fanların birgə səsi nəticəsində Barbara Pravidə qərar tutdu. Barbara Pravi ölkəsini ‘Voila‘ mahnısı ilə təmsil edəcək. 2020-ci il Fransa ictimai televiziyası Tom Leebi seçsə də, keçən il məlum səbəbə görə Avroviziya baş tutmadı. 2020-ci ilin iyun ayında seçimin yeni müğənni olması …

Albaniyanı Anjela Peristeri ‘Karma’ ilə təmsil edəcək 🇦🇱

Arilena Ara keçən il FİK 58-də qalib olub Albaniyanı Avroviziyada təmsil etmək hüququ qazansa da, Albaniya musiqi seçimi ənənəsindən dönməyərək bu il yeni seçimlər təşkil etməyi qərara aldı. Albaniya adətə uyğun olaraq Avroviziya mahnısını təqdim edən ilk ölkə oldu. Belə ki, FİK 59 yarışması (Festivali i Këngës) finalında 17 mahnını geridə qoyaraq Anjela Peristerinin ‘Karma’ …

İsrail təmsilçisi Eden Alene ‘Məni azad et’ söyləyəcək 🇮🇱

Dünən, 25 Yanvar tarixində İsrail Eden Alene üçün Avroviziya mahnısını KAN televiziyasının yayımladığı HaShir Shelanu L’Eurovizion adlı verilişdə seçdi. Veriliş İsrailin Avroviziya 2019 aparıcılarından biri olan Lusi Ayub tərəfindən aparılıb. Verilişdə həmçinin 2021 Avroviziya müsabiqəsinin icraçı prodüseri Sietse Bakker-lə balaca müsahibə alınıb. Müsahibədə Bakker Rotterdamdakı vəziyyətdən (hansı ki, hal-hazırda pandemiyaya görə bağlıdır) və bu ilki …