Blas Kanto İspaniya üçün ‘Mən qalacağam’ söyləyəcək 🇪🇸

2020-ci ildə olduğu kimi, bu il də İspaniya seçimini Blas Kantodan yana etdi. TVE Destino Eurovisión 2021 adlanan milli final keçirdi. Xüsusi Qala gecəsi 20 Fevralda təşkil olundu.

Mahnı necə seçildi?

Blas Kantoya 10 mahnı təqdim olunur. Blas Kanto komandası ilə birlikdə TVE üzvləri, Warner Music Spain iştirakı ilə komitə təşkil edir və bu komitə 10 mahnıdan iki mahnı seçir. Fevralın 10-u bu iki mahnı izləyicilərə təqdim olunur. Seçilmiş mahnılar ‘Memoria’ və ‘Voy A Quedarme’ olmuşdur.

Fevral ayının 20-sində təşkil olunan Qala gecəsində Blas Kanto hər iki mahnını oxuyur və izləyicilər hansı mahnının qalib gələcəyini səs verərək seçirlər.

‘Voy a Quedarme/Mən qalacağam’ 1.781.550 (57.99%) səs toplayaraq gecənin qalibi oldu. Qeyd edək ki, mahnını Leroy Sançez, Daniel (Dangelo) Orteqa və Dan Hammond yazmışdır. Dangelo bundan əvvəl Blas üçün bir çox mahnı, eləcə də keçən ilki Avroviziya mahnısı olan Universonu yazmışdır.

Gecədə qonaq ifaçılar da çıxış etdilər. Qonaq ifaçılar arasında Vanesa Martin, Nia, Andres Suarez, Cepeda, Roi, həmçinin 2012-ci il İspaniya Avroviziya təmsilçisi Pastora Soler və 2015-ci il İspaniya Avroviziya təmsilçisi Edurne də yer alırdı. Blas Kanto Pastora Solerlə birlikdə Leroy Sançezin mahnısı ‘El No Soy Yo/O Mən Deyiləm’ və Edurne ilə Queen qrupunun məşhur ‘Somebody To Love/Sevəcək Biri’ mahnısını ifa etdi.

Bəs siz necə Blas Kantonun Avroviziya üçün seçildiyi Voy A Quedarme-ni bəyəndiniz?

 

No Comments

Add your comment