Keçən il, Ben Dolic Almaniyanı ‘Violent Thing‘ ilə təmsil edəcəkdi. Ötən həftələrdə Almaniya ictimai televiziyası NDR bu ilki təmsilçisinin Jendrik Sigvart olduğunu açıqladı.
Bu il alman televiziyası Rotterdam 2021 üçün daxili seçimlər etdi. Seçimlər çox mərhələli jüri seçimi ilə seçildi. 100 nəfər və mahnı arasından məhz Jendrik münsifləri heyran qoyaraq Avroviziya üçün öz yerini təmin etməyi bacardı.
Almaniya nümayəndə heyətinin rəhbəri Aleksandra Volfslast Jendrik barədə bunları qeyd etdi:
Jendrik tamamilə orijinaldır. Onun fantastik xarizması var və inanılmaz əyləndirmə keyfiyyətlərinə malikdir. Münsifləri razı salması təəccüblü deyil. Biz çox şadıq ki, o Almaniyanı təmsil edəcək.
Jendrik kimdir?
Jendrik 1994-cü ildə Hamburqda anadan olub, 4 uşaqlı ailənin 2-ci övladıdır. Yeniyetmə çağında piano və skripka çalmağı öyrənir, sonradan isə Osnabrük Tətbiqi Elmlər Universitetinin musiqi teatrı sahəsini oxuyur. Jendrik bundan başqa ‘Mənim ədalətli xanımım’,’Saç spreyi’, ‘Peter Pan’ kimi müzikllarda rol alır. Jendrik öz musiqilərini yaradaraq, YouTube-da yayımlayır. Oxumağa və ən sevdiyi musiqi alətində – ukuleledə ifa etməyə çox həvəslidir.
Jendrik Avroviziyada iştirakını belə qələmə verir:
Müsabiqədə Almaniya üçün çıxışımı səbrsizliklə gözləyirəm. Tamam – mən bu barədə ciddi ola bilmərəm. Salam, millət! Mən doğurdan da Avroviziya Musiqi Müsabiqəsinə gedirəm! Bu gerçəkləşmiş bir arzudur. Bu inanılmazdır!
‘I Don’t Feel Hate/Nifrət hiss etmirəm’ – Jendrikin özü tərəfindən yazılıb və bugün – 25 Fevralda yayımlandı.
Siz necə düşünürsünüz bu mahnı ilə Jendrik Almaniyaya yenidən qalibiyyət gətirə bilər?
No Comments